Bakı. Trend:
Xavi Alonsonun “Real”dakı durumu ürəkaçan deyil. Komandadakı
bəzi oyunçular arasında ondan narazılığın artdığı barədə şayiələr
yayılıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Alonso hətta “Real”dan ayrılaraq
“Liverpul”u çalışdırmağa hazırdır.
O, özü də Madrid klubunda qalmaq istəmir.
“Liverpul”un baş direktoru Maykl Edvards uzun müddətdir ki,
Alonsonun gördüyü işi yüksək qiymətləndirir və Yurgen Kloppun
yerinə onu əsas namizədlərdən biri hesab edirdi.
“Liverpul”un baş məşqçisi Arne Slotun komandanın zəif
nəticələrini düzəltmək üçün yanvar ayına qədər vaxtı var. Vəziyyət
belə davam edərsə, Alonsonun bu dəfə Premyer Liqada məşqçi kimi yer
alması mümkündür.

