Ukrayna dronları Rusiyada PUA zavodlarını, A-60 təyyarəsinin anqarını və neft terminalını vurub

Baş səhifə

Ukrayna Silahlı Qüvvələrinin dronları Taqanroqda təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavodu, Nоvоrossiyskdəki “Şeskharis” neft terminalını, Tuapse neft emalı zavodunu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqarı vurublar.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Taqanroqda “TANTK” təyyarə təmir zavodu (zavod A-50 Hava Əməliyyat və İdarəetmə təyyarələri və Tu-95MS strateji bombardmançılarına xidmət göstərir) və “Molniya” dron istehsalı müəssisəsi hücuma məruz qalıb. Obyektlərin ərazisində bir neçə partlayış və iri yanğınlar qeydə alınıb.

İlkin məlumatlara görə, eksperimental A-60 təyyarəsi zədələnib.

Bundan əlavə, Nоvоrossiyskdə neft tankerləri və S-400 raket kompleksinin bir buraxılış qurğusu məhv edilib.