Bakı. Trend:
NATO baş katibi Mark Rütte Ukrayna üzrə “İstəklilər
koalisiyasının” telekonfransında iştirak edəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti
məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rütte Fransa Prezidenti Emmanuel
Makron və Böyük Britaniya Baş Naziri Kir Starmer tərəfindən təşkil
edilən Ukrayna üzrə “İstəklilər koalisiyasının” videokonfransında
iştirak edəcək”, – deyə məlumatda bildirilib.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen
bildirmişdi ki, “İstəklilər koalisiyasının”nın videokonfransının
əsas mövzusu ABŞ-nin Ukrayna ilə bağlı sülh təşəbbüslərinin
müzakirəsi, eləcə də Kiyevə hərbi və maliyyə dəstəyinin davam
etdirilməsi olacaq.

