Moldovada evin damına PUA düşüb

Baş səhifə

Bakı. Trend:

Moldovanın hava məkanına pilotsuz uçuş aparatı daxil olub. PUA
Floreşt rayonun yaxınlığında evlərdən birinin damına düşüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə
mütəxəssislər göndərilib, dronun düşdüyü ərazidəki insanlar təxliyə
olunub.




Bundan əvvəl Moldovanın sərhəd polisi Ukrayna ərazisindən
ölkənin hava məkanının naməlum mənşəli pilotsuz uçuş aparatı
tərəfindən pozulduğunu, daha sonra isə onun Rumıniya ilə sərhədi
keçdiyini xəbər vermişdi.

Rumıniya Milli Müdafiə Nazirliyi də ölkənin hava məkanının
pozulmasını təsdiqləyib. Bəyanatda qeyd olunub ki, səhər radar
sistemləri Tulçea əyaləti yaxınlığında hədəfi aşkarlayıb və saat
06:28-də Mihail Kogalniceanu Hava Bazasından vəziyyəti izləmək üçün
iki “Eurofighter Typhoon” təyyarəsi havaya qaldırılıb.