İranda avtobus aşıb, ölənlər və yaralananlar var

Baş səhifə
İranda avtobus aşıb, ölənlər və yaralananlar var

İranın Xorasan Rəzəvi əyalətinin Sabzevar rayonunun Bərdəskən-Sabzevar avtomobil yolunda avtobus aşıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Sabzevar Tibb Universitetinin Texniki və Təcili Əməliyyatlar üzrə rəhbərliyindən bildirilib.

Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət alıb

Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.