Bakı. Trend:
Braziliyada keçirilən motosiklet şousu zamanı 23 yaşlı italyan
yarışçı Lurrike Ferrari ağır qəza nəticəsində həyatını itirib.
Trend xəbər verir
ki, idmançı maneələr arasında tullanma edərkən sürəti düzgün
hesablamayıb və dəbilqəsi ilə maneəyə çırpılıb.
Hadisədən dərhal sonra tibb işçiləri ona yardım göstərsələr də,
vəziyyəti kritik olduğundan o, təcili olaraq “Marieta Konder
Bornhauser” xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə
baxmayaraq, aldığı xəsarətlər Lurrikenin həyatını xilas etməyə
imkan verməyib.
Ailəsi jurnalistlərə bildirib ki, Lurrike təxminən bir ildir
həmin şouda çalışırdı və işini çox sevirdi. O, həmçinin boş
vaxtlarında ailəsinə məxsus burger restoranında işləyərək yardım
edirdi.

