Kaliforniyadakı Böyük Sur çimərliyində altı metrlik dalğa iki qadın və bir kişini okeana aparıb.
“Report” xəbər verir ki, bu barədə “Los Angeles Times” məlumat yayıb.
Qeyd olunub ki, qadınlar özləri sahilə çıxıb və daha sonra xəstəxanaya aparılıblar. Digər şəxs isə itkin düşüb.
Çimərliyin yerləşdiyi parkın sözçüsü bildirib ki, Sahil Mühafizəsinin helikopteri okeanda insan bədəninə bənzəyən bir obyekt görüb, lakin tezliklə onu gözdən itirib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

