Bakı. Trend:
ABŞ-nin San-Fransisko şəhərində qarətçi özünü kuryer kimi qələmə
verərək 11 milyon dollar dəyərində kriptovalyuta oğurlayıb.
Trend-in “San
Francisco Chronicle”a istinadən məlumatına görə, cinayətkar
çatdırma xidməti əməkdaşı kimi təqdim olunaraq yaşayış binasına
daxil olub. O, sakinləri tapança ilə hədələyib və onlardan birini
skoçla bağlayaraq zərərsizləşdirib.
Polis hadisə zamanı xəsarət alanın olub-olmaması və soyğunçunun
saxlanılıb-saxlanılmaması barədə məlumat açıqlamayıb. Bildirilir
ki, qarətçi zərərçəkənin telefonunu, noutbukunu və 11 milyon dollar
dəyərində kriptovalyutanı ələ keçirib.

