Taylandın cənubunda musson yağışları kütləvi fəlakətə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Cənub-Şərqi Asiyada şiddətlənən musson yağışları Taylandın cənub
əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə yol açıb.

Trend xəbər verir
ki, günlərlə davam edən güclü yağış səbəbilə bölgədə fövqəladə
vəziyyət elan olunub.

Taylandın Fəlakətlərin Qarşısının Alınması və İdarə Edilməsi
Departamenti (DDPM) daşqın və torpaq sürüşmələrinin 10 əyalətdə
719.000 fərdi təsərrüfata və 1.917.000-dən çox insana təsir
etdiyini açıqlayıb.




Səhiyyə Nazirliyinin məlumatına görə, fəlakətlər nəticəsində azı
18 nəfər həlak olub, 12 nəfər yaralanıb, bir nəfər isə itkin
düşüb.

Ölkənin bir çox bölgəsində nəqliyyat tamamilə iflic olub.
Elektrik enerjisi və internet kəsintiləri vəziyyəti daha da
çətinləşdirib, təchizat problemləri yaşayan sakinlər sosial mediada
kömək istəyiblər.