
“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Almaniyada davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Ayntraxt Frankfurt” futbolçunun xidmətində maraqlıdır. “Frankfurter Rundschau” qəzetinin məlumatına görə, “Ayntraxt Frankfurt” Sebastian Şimanskini transferini nəzərdən keçirib. Məlumata görə, “Fənərbaxça” ulduz oyunçu üçün 15 milyon avro tələb edir. “Ayntraxt Frankfurt”la yanaşı, “RB Leypsiq” və “Köln” klublarının da Şimanski ilə maraqlandığı irəli sürülüb.
Qeyd edək ki, Sebastian Şimanski “Fənərbaxça”nın əsas heyətindən kənarda qalıb. O, müntəzəm forma geyinmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

