
Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğında 3 nəfərin ölümü ilə əlaqədar saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev barəsində məhkəməyə təqdimat daxil olub.
APA-nın xəbərinə görə, təqdimata Binəqədi rayon Məhkəməsində baxılır.

