“Fənərbaxça”nın ilk kuboku satışa çıxarılır

Baş səhifə

1911-1912 futbol mövsümündə ilk dəfə İstanbul Liqa çempionu olan “Fənərbaxça”nın aldığı kubok hərracda satılacaq.

Metbuat.az xəbər verir ki, hərrac dekabrın 7-də təşkil olunacaq. Kolleksiya Əşyaları Auksionunda satışa çıxarılacaq kubokun şəxsi kolleksiyaya aid olduğu bildirilir. Onun diametri 10 santimetrdir, bürünc oyma ilə bəzədilib.

Kubok İstanbul Liqasının 6-cı mövsümü (1911-1912) başa çatanda o vaxt klub prezidenti olan Arif Əmirzadəyə verilib.

Arif Əmirzadə həm də komandanın əsas heyətinin oyunçusu olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.