Xidmətlərdə müvəqqəti fasilələr olacaq – “Naxtel”

Baş səhifə

Bakı.Trend:

Bu gün və sabah texniki işlər səbəbilə xidmətlərdə müvəqqəti
fasilələr olacaq.

Trend xəbər
verir ki, bu barədə “Naxtel” MMC məlumat yayıb.




Bildirilib ki, işlər bitdikdən sonra xidmətlər normal rejimdə
davam edəcək.

Qeyd edək ki, “Naxtel” MMC Naxçıvan MR-da telekomunikasiya
xidmətləri göstərir. Bu ilin sentyabr ayında şirkət tekommunikasiya
xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb. Bu səbəbdən
abunəçilərə 15 dekabr tarixinə qədər öz nömrələrini “Azercell”, “Bakcell” və ya “Nar” şəbəkələrinə daşımaları tövsiyə edilib.