“Müharibə Azərbaycan üçün bitib!” – Hikmət Hacıyev Ermənistan cəmiyyətinə mesaj GÖNDƏRİB

Baş səhifə

Bakı səfərindən qayıdan Ermənistan nümayəndə heyətinin üzvü  Areq Koçinyan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə söhbətin təfərrüatlarını bölüşüb.

Modern.az xəbər verir ki, Areq Koçinyanın İrəvanda keçirilən mətbuat konfransında dediyinə görə, Hikmət Hacıyev erməni ekspertlərlə görüşdə bildirib ki, Bakı üçün müharibə bitib.

Onun sözlərinə görə, H.Hacıyev onlardan Ermənistan cəmiyyətinə bir neçə mesaj çatdırmalarını istəyib: Bakı üçün münaqişə bitib; Azərbaycanlılar mövcud “müharibəsiz” vəziyyətdən sülhə keçmək və Ermənistanla hərtərəfli və davamlı sülh qurmaq istəyirlər.

A.Koçinyan əlavə edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi tələbi yoxdur.

Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri ötən həftə Bakıya cavab səfəri edib. Onlar şənbə günü Hikmət Hacıyev tərəfindən qəbul edilib. Müzakirələr 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalardan sonra Ermənistan və Azərbaycanın hərəkətlərinə yönəlib. Hacıyev Ermənistan nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.