Sərnişinlər qadın olduğum üçün sürücülük qabiliyyətimdən şübhə etməyəcəklər

Baş səhifə

Bakı.Trend:

Bu çox məsuliyyətli işdir. AYNA tərəfindən təşkil edilən
təlimlərdə iştirak etdik. Təlimin müddəti 3 ay oldu.

Bunu Trend
açıqlamasında bu gün avtobus sürücüsü kimi fəaliyyətə başlayan
Xalidə Səmədova deyib.




O bildirib ki, hazırda 36 yaşı var.

“Ailəm də bu işə başlamağıma çox dəstək oldu. Sürücülük uşaqlıq
arzum olub. Düşünürəm ki, sərnişinlər qadın olduğum üçün sürücülük
qabiliyyətimdən şübhə etməyəcəklər. Bu işi kişi bacarırsa qadın da
bacarar”,- deyə o əlavə edib.