
Bakı. Trend:
Yasamalda yanğında xəsarət alanlar KTM-dən köçürülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, 21.11.2025-ci il tarixində Yasamal rayonu,
M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən
yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsində müalicə alan şəxslərdən 4-ü könüllü olaraq özəl tibb
müəssisəsinə, 1 -i Yeni Klinikaya hospitalizasiya olunub.

