
Bakı. Trend:
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən
informasiyaların əhatə dairəsi genişləndirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü videokonfrans
formatında birgə iclasında müzakirə olunan “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, internet informasiya ehtiyatının ve onun domen
adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin
istifadəçisi həmin informasiya ehtiyatında
(informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması
qadağan edilən informasiyanın yerləşdirilməsinə yol
verməməlidir:
- kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir
edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin
edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə
məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin
hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd
formada göstərilməsinə dair məlumatlar.

