Türkiyədə sərnişin avtobusları toqquşub, ölən və xəsarət alanlar var

Baş səhifə
Türkiyədə sərnişin avtobusları toqquşub, ölən və xəsarət alanlar var

Türkiyənin Dənizli şəhərində mikroavtobusla şəhərlərarası avtobus toqquşub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, mikroavtobus qəza nəticəsində aşıb, şəhərlərarası avtobusun sürücüsü ölüb, daha 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib və sonra təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.