
Bakı. Trend:
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda
bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək
əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
xxx
20:24
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20
km/saat endirilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri
xahiş edilir.

