Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir

Baş səhifə
Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işğüzar səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.