İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Çelsi” ilə matçda meydana çıxa bilməyəcək.
“Report” “Diario AS”a istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı futbolçunun sol budundakı zədənin hələ də tam sağalmamasıdır.
Futbolçunun müalicəsinin davam etdiyi bildirilib.
Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı noyabrın 25-də Londonda keçiriləcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

