Bəzi ərazilərdə su kəsiləcək

Baş səhifə

Bakı. Trend:

Noyabrın 25-29-da Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai
rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan
şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik
ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr
yaranacaq.

Trend bu
barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər
verir.




Məlumata görə, bu, əhalinin su təminatının yaxşılaşdırılması ilə
bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının
artırılması məqsədilə görüləcək işlər çərçivəsində olacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay
aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması
istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.