
Bakı. Trend:
Florida hakimiyyəti tərəfindən müsadirə olunan 500-dən çox Çin
istehsalı pilotsuz uçuş aparatı ABŞ hərbçilərinin genişmiqyaslı
təlimlərində istifadə edilir.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, dronların əvvəlcə məhv edilməsi planlaşdırılsa
da, daha sonra onlar dron atəşi üzrə təlimlərdə istifadə olunması
üçün ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına (SOCOM) təhvil
verilib.
Bildirilir ki, dekabr ayında keçiriləcək üçgünlük təlimlərdə
amerikalı hərbçilər Çin dronlarını ov tüfənglərindən istifadə
etməklə hədəf kimi vuracaqlar.

