
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabr
ayından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara
enib.
Trend xəbər verir
ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, itkilər Trump Media & Technology Group
şirkətinin səhmlərinin ucuzlaşması ilə bağlıdır. Sentyabrda
təxminən 17 dollara ticarət olunan səhmlərin qiyməti hazırda 10,30
dollara düşüb.
Bu dəyişikliklə Tramp Forbes milyarderlər siyahısında 595-ci
pilləyə geriləyib. Sentyabrın əvvəlində jurnal onun sərvətini 7,3
milyard dollar qiymətləndirərək siyahıda 201-ci yerdə
göstərmişdi.

