Bakı. Trend:
Müxtəlif tarixlərdə Türkiyəyə qanunsuz daxil olan və Van
vilayətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 300
qanunsuz əfqan miqrant Əfqanıstana geri göndərilib.
Trend xəbər verir
ki, miqrantlar Əfqan Hava Yollarına məxsus təyyarələrlə ölkələrinə
deportasiya olunublar.
Rəsmilər bildiriblər ki, Türkiyə qanunsuz miqrasiyaya qarşı
mübarizəni qətiyyətlə davam etdirir.

