Bakı. Trend:
Yamayka hakimiyyəti bakterial leptospiroz xəstəliyinin
yayılmasını elan edib, xəstəlik artıq altı insanın ölümünə səbəb
olub.
Trend xəbər verir
ki, epidemiyanın səbəbi Melissa qasırğasıdır.
2025-ci ilin oktyabrında Karib adasında baş verən 5-ci
kateqoriyalı qasırğa fəlakətli daşqınlar və torpaq sürüşmələrinə
yol açıb. Rəsmilər durğun və çirklənmiş suların xəstəliklərin
yayılması üçün münbit şərait yaratdığını bildiriblər.
Leptospiroz yoluxmuş heyvanların sidiyi ilə çirklənmiş su və ya
torpaq vasitəsilə yayılır. İnfeksiya insan bədəninə dəridəki
kəsiklər, eləcə də gözlər, burun və ağız vasitəsilə daxil ola
bilər.
Səlahiyyətlilər daşqın suları ilə təmasda olan hər kəsi təhlükə
barədə xəbərdar ediblər.

