Kiyev üçün irəli sürülən sülh planı yekun təklif deyil – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukraynada
müharibənin həlli üçün Kiyevə təqdim etdiyi plan yekun təklif hesab
edilə bilməz.

Trend xəbər verir
ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.




Görüş zamanı Trampdan bu planın yekun olub-olmadığı barədə
soruşulub və o, suala “Xeyr” cavabını verib.

Ağ Ev rəhbəri əlavə edib: “Biz sülhə nail olmaq istərdik və bu,
çoxdan baş verməli idi. Biz bu və ya digər şəkildə buna son qoymağa
çalışırıq”.