
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcəyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə o “Sky News”a müsahibəsi zamanı danışıb.
“Sabah Cenevrədə ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri ilə Avropanın milli təhlükəsizlik müşavirləri, o cümlədən mənim milli təhlükəsizlik müşavirim Conatan Pauell arasında görüş keçiriləcək”, – o deyib.

