Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald
Tuskla telefon danışığı həyata keçirib.
Trend-in
məlumatına görə, bununla bağlı məlumatı Zelenski sosial şəbəkələrdə
paylaşıb.
Dövlət başçısı bildirib ki, o, Tusku Avropa və ABŞ ilə aparılan
diplomatik fəaliyyətin detalları barədə məlumatlandırıb.
Zelenski vurğulayıb ki, müharibənin başlanğıcından bəri
Ukraynanın yanında olan tərəfdaşları mövcud vəziyyətdən xəbərdar
etmək böyük əhəmiyyət daşıyır. O, Tuska və Polşa xalqına
göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti döyüşlərin başa
çatması üçün atılmalı addımlarla bağlı tərəfdaş ölkələrlə
məsləhətləşmələr aparacağını bildirmişdi.

