“Fənərbaxça” Super Liqa matçına itkilərlə çıxacaq

Baş səhifə

Bakı. Trend:

“Fənərbaxça” Türkiyə Super Liqasının 13-cü turunda səfərdə “Rizespor”un qonağı olacaq.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi
itkilərlə çıxacaq.




Müdafiəçi Nelson Semedo cəzalıdır. Yarımmüdafiəçilər Sebastian
Şimanski ilə Edson Alvares isə zədəlidirlər.

Qeyd edək ki, “Rizespor” – “Fənərbaxça” qarşılaşması sabah Bakı
vaxtı ilə saat 22:00-da start götürəcək.