
Bakı. Trend:
Cənubi Afrikanın Yohannesburq şəhərində Böyük İyirmilik ölkələri
(G20) liderlərinin zirvə toplantısı start götürüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bu ilki sammitə CAR Prezidenti Siril Ramafoza sədrlik edir.
Sammitin işində ABŞ istisna olmaqla “iyirmiliyə” üzv bütün
ölkələr iştirak edir; ABŞ tədbiri boykot edir.
Sammit iki gün davam edəcək. Üç sessiya keçiriləcək və onların
hamısı qapalı formatda baş tutacaq. Sammitin təsdiqinə çıxarılan
sənədlər CAR-ın G20 sədrliyi çərçivəsində əsas prinsiplərə
(həmrəylik, bərabərlik və dayanıqlılıq) əsaslanır.
Qeyd edək ki, Böyük İyirmilik – iqtisadi cəhətdən ən inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrin qeyri-rəsmi birliyidir və
qlobal iqtisadiyyatın sabitliyinin qorunması üçün aparıcı
dövlətlərin səylərini əlaqələndirmək məqsədilə 1999-cu ilin
payızında yaradılıb.

