Azərbaycanda kərə yağı istehsalı azaldı

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.