
Bakı. Trend:
“Fənərbaxça”nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişə
bilər.
Trend Türkiyə
KİV-ə istinadla xəbər verir ki, 3 klub türkiyəli forvardın
xidmətində maraqlıdır.
“Eyüpspor”, “Kasımpaşa” və “Antalyaspor” yanvar ayında Cenki
transfer etmək istəyir. 34 yaşlı futbolçu təklifləri
dəyərləndirdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Cenk Tosun “Fənərbaxça”nın baş məşqçisi Domeniko
Tedesmonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

