Bakı. Trend:
Banqladeşin paytaxtı Dəkkədə zəlzələ nəticəsində ölənlərin sayı
10 nəfərə çatıb, 200-dən çox insan müxtəlif dərəcəli bədən
xəsarətləri alıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl altı nəfərin öldüyü, yüzdən çox insanın yaralandığı
məlum idi.
Zərərçəkənlərin çoxunun Qazipur rayonunda yerləşən çoxmərtəbəli
tikiş fabrikində yaranan izdiham zamanı yaralandığı bildirilir.
Xatırladaq ki, ötən gün Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş
verib. Yeraltı təkanlar Kəlküttə şəhərində də hiss olunub.

