Tramp tezliklə Maduro ilə danışıqlar aparacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro
ilə tezliklə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti “Fox News”
radio stansiyasına müsahibəsində deyib.




“Mən onunla çox da uzaq olmayan gələcəkdə danışacağam. Ona nə
deyəcəyimi açıqlaya bilmərəm, amma çox konkret bir şey deyəcəm”, –
deyə D.Tramp bildirib.

Bundan əvvəl Bolivar Respublikasının prezidenti ABŞ ilə
danışıqlara hazır olduğunu bildirib.