Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil
olub.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi
Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam
edir.
Əlavə məlumat veriləcək.

