
Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya
ödənişini yekunlaşdırıb.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Noyabrın 21-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu
gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə
pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar
ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.

