MHP Öcalanla görüşə nümayəndə göndərəcək, CHP göndərməyəcək

Baş səhifə

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası həbsdə olan PKK terror təşkilatının başçısı Abdullah Öcalanla İmralıda görüşə nümayəndə göndərmək qərarına gəlib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, partiyanın qərarına əsasən, İmralıya MHP sədrinin müavini Fəti Yıldız gedəcək.

Yıldız açıqlamasında MHP-nin nümayəndəsi qismində özünün iştirak edəcəyini bildirib. O, həmçinin CHP-ni də bu qərara dəstək verməyə çağırıb.

Cümhuriyyət Xalq Partiyasından isə Abdullah Öcalanla İmralıda görüşə nümayəndə göndərilməyəcəyi bildirilib. Bu barədə qərar CHP-nin keçirdiyi iclasda qəbul edilib.