Minimum əməkhaqqı gəlir vergisindən azad edilməlidir – Deputat

Baş səhifə

Bakı. Trend:

Əksər dövlətlərdə minimum əməkhaqqı gəlir vergisindən azad
olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi
məqsədəuyğundur.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin
bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.

Millət vəkili bildirib ki, həm dövlət, həm özəl sektorda minimum
əməkhaqqı alan vətəndaşların maaşları vergidən azad olunmasın
sosial təminat baxımdan da məqsədəuyğundur:




“Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat
müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı
üçün əmək haqqlarının vergiyə cəlb olunması arzuolunan deyil. Bu
baxımdan, həm dövlət, həm özəl sektorda minimum əməkhaqqı alan
vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif
edirəm”.

Deputat əlavə edib ki, həm dövlət, həm özəl sektorda vergidən
azad olunan məbləğin minimum əməkhaqqı ilə əlaqələndirilməsi
nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra
bilər.

“Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan
məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa
maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500
manatadək əməkhaqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə
alına bilər”, – deyə o qeyd edib.