
Bakı. Trend:
“Qarabağ”ın hücumçusu Nəriman Axundzadəyə Avropanın bir neçə
klubundan ciddi təkliflər var. Nəriman özü də legioner həyatı
yaşamağa can atır.
Trend xəbər verir ki, gənc
forvard bu barədə istəyini baş məşqçi Qurban Qurbanova
bildirib.
Təcrübəli mütəxəssis hazırda komandasında ona ehtiyac olduğunu
Nərimanın diqqətinə çatdırıb. Amma uyğun şərtlərdə ayrılığa şərait
yaradılacaq. Qısası, milli komandamızın üzvünün ölkəni tərk etmək
ehtimalı yüksəkdir.
Qeyd edək ki, 21 yaşlı futbolçu “Xəzər Lənkəran”da futbola
başlayıb. 15 yaşından isə Ağdam klubunun akademiyasındadır. O, əsas
komandada keçirdiyi 117 oyunda 31 qol, 17 məhsuldar ötürmə ilə
yadda qalıb.

