Bakı. Trend:
İngiltərənin “Tottenhem” klubu yanvar ayında heyətini yeni
qapıçı ilə gücləndirməyi planlaşdırır.
Trend xəbər
verir ki, London nəhənginin əsas hədəfi “Aston Villa”da çıxış edən
Emiliano Martinezdir.
“Tottenhem” qış transfer pəncərəsi zamanı argentinalı dünya
çempionunu transfer etmək üçün danışıqlar aparacaq.
Qeyd edək ki, “Aston Villa” Emiliano Martinezi 2020-ci ilin
yayında “Arsenal”dan trasfer edib. 33 yaşlı qolkiper bu mövsüm
Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana
çıxıb.

