Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Gürcüstanla insan hüquqlarının qorunması
məsələləri üzrə danışıqları pozub.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər
Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, danışıqlar 21 noyabrda Brüsseldə keçirilməli idi.
Gürcüstan tərəfi görüşü dialoq imkanı kimi qiymətləndirirdi və
Aİ-yə hərtərəfli məlumat təqdim etməyə hazır idi. Lakin Brüssel
danışıqları tamamilə qəbuledilməz və əsassız səbəblərlə təxirə
salıb.
“Brüssel Gürcüstanın arqumentləşdirilmiş mövqeyini, o cümlədən
siyasi dialoqun dayandırılmasına səbəb olan məsələlərlə bağlı
mövqeyini dinləməyə hazır deyil”, – deyə XİN bildirib.

