Azərbaycan güləşçiləri İslamiadada 2 gümüş medal qazandılar

Baş səhifə

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Qeyd edək ki, digər təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.