8 milyondan çox suriyalının ölkələrinə giriş qadağası ləğv olunacaq

Baş səhifə

Bakı. Trend:

Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi bu ilin fevral
ayından etibarən ölkəyə giriş qadağası ilə bağlı 8 milyondan çox
işi nəzərdən keçirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Nazirliyin rəsmi nümayəndəsi Nurəddin əl-Baba bildirib ki, bir
neçə ay ərzində qurum ölkə ərazisinə daxil olması qadağan olunan
milyonlarla suriyalının adını siyahıdan çıxarmaq prosedurunu başa
çatdıracaq.

“Bu ilin fevralı ayından etibarən Daxili İşlər Nazirliyi səfər
qadağaları ilə bağlı 8 milyon işi araşdırıb… Bir neçə ay ərzində
hazırda ölkəyə girişi qadağan olunan milyonlarla suriyalının adının
siyahıdan çıxarılmasını tamamlayacağıq”,- deyə nazirlik rəsmisi
vurğulayıb.