Kambocada sərnişin avtobusu körpüdən aşıb – Azı 13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Kambocada sərnişin avtobusunun körpüdən çaya aşması nəticəsində
azı 13 nəfər həlak olub, 20-dən çox sərnişin yaralanıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Yerli polisin məlumatına əsasən, sərnişinləri Siem Ripdən
paytaxt Pnompendəki məşhur Anqkor Vat məbəd kompleksinə daşıyan
avtobus gecə saatlarında qəzaya uğrayıb. Sərnişinlərin hamsının
Kamboca vətəndaşları olduğu bildirilir.

İlkin versiyaya görə, bədbəxt hadisə avtobus şoferinin sükan
arxasında yuxuya getməsi ucbatından baş verib. İnsidentlə bağlı
istintaq aparılır.