TƏBİB stomatoloqlarla bağlı ciddi addımlar atacaq

Baş səhifə

Bakı. Trend:

Regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması ilə
bağlı xəbərdarlıq edilib.

Bunu Trend-in
sualını cavablayarkən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu
gün Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi
Transplantasiyası Mərkəzinin açılı ilə əlaqəli keçirilən brifinqdə
deyib.

O qeyd edib ki, TƏBİB tərəfindən stomatoloqlara yay aylarında
ciddi xəbərdarlıq edilib: “İlin əvvəlindən stomatoloqların
göstərdiyi xidmətlə bağlı əlimizdə faktlar var. Ölkə üzrə elə tibb
müəssisələri var ki, həmin sahə üzrə bircə vətəndaş müraciəti belə
daxil olmayıb. Bizim üçün əsas olan vətəndaşın aldığı tibbi
xidmətdən məmnunluğudur.




Regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması ilə
bağlı xəbərdarlıq edilib. Bu proses qanunvericiliyə uyğun şəkildə
həyata keçirilir”.

Qeyd edək ki, sosial mediada TƏBİB tabeli tibb müəssisələrində
işləyən stomatoloqlar onlara işdən çıxmaq üçün 9 həftə vaxt
verildiyi barədə şikayətlər yayıblar.