Növbəti köç karvanı Hadruta çatıb – YENİLƏNİB

Baş səhifə
Növbəti köç karvanı Hadruta çatıb - YENİLƏNİB

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Hadrut qəsəbəsinə çatıb.

“Report”un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Hadruta 17 ailə (63 nəfər) köçürülüb.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Hadruta 17 ailə (63 nəfər) köçürülür.

Qəsəbəyə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Hadruta köçürülən ailələrin sayı 27-yə (104 nəfər) çatacaq.