Ağdərənin Vəngli və Həsənriz kəndlərinə növbəti köç yola salınıb – FOTO

Baş səhifə

Noyabrın 20-də Ağdərənin VəngliHəsənriz kəndlərinə növbəti köç yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 4 ailə – 11 nəfər, Həsənriz kəndinə 23 ailə – 93 nəfər köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.