Növbəti illərdə milyardlarla manat vəsait Azərbaycana investisiya ediləcək – Əli Hüseynli

Baş səhifə

Bakı. Trend:

Vaxtilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində
atılmış addımlar və düşünülmüş islahatlar siyasəti indi öz
bəhrəsini verməkdədir.

Trend xəbər
verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bugünkü müzakirələr bir daha göstərdi ki, ilk növbədə 2026-cı
il dövlət büdcəsi neftdən asılılığı azaldır, ikincisi regionların
dövlət büdcəsindən asılılığı da tədricən azalır. Bu isə qarşıya
qoyduğumuz məqsədlərə çatmağımız deməkdir”, – deyə o bildirib.




Komitə sədri vurğulayıb ki, Azərbaycanda uzun illərdir hökm
sürən ictimai-siyasi sabitlik və ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası ölkəmizi xarici investorlar üçün daha
da cəlbedici edib.

“Növbəti illərdə milyardlarla manat vəsait Azərbaycana
investisiya ediləcək”, – deyə Ə.Hüseynli bildirib.