Bakı. Trend:
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın
Linares şəhərində keçirilən dünya çempionatında növbəti turun
görüşlərini keçirib.
Trend xəbər verir
ki, III turda yığma ABŞ, IV turda isə FIDE komandası ilə
qarşılaşıb. Millimiz həm ABŞ-a (0,5:3,5), həm də FIDE-yə (1:3)
məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki turda A qrupunda Perunu
3:1 hesabı ilə məğlub edib, Qazaxıstana isə 1,5:2,5 hesabı ilə
uduzub.
Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva,
Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb.
Komandanın kapitanı İlahə Qədimovadır.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

